Sosial şəbəkədə biz:

Ərdoğan Liviyaya hərbi qüvvələrin göndərilməsi ilə bağlı parlamentə müraciət etdi

31 December 2019, 09:26
Gündəm

Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan Liviyaya hərbi qüvvələrin göndərilməsini təsdiqləyəcək sənədi Böyük Millət Məclisinin (TBMM) müzakirəsinə təqdim edib.
“Anadolu” xəbər verir ki, sənəd yanvarın 2-də parlamentin iclasında müzakirə olunacaq.

Deputatların bu qərarı təsdiqləyəcəyi gözlənilir. “Ədalət və İnkişaf” və “Milliyətçi hərəkat” partiyalarının üzvləri Liviyaya qoşun göndərilməsini dəstəklədiklərini artıq bildiriblər.