Sosial şəbəkədə biz:

Azərbaycanda ölüm riskini artıran səbəblərin kökündə nə dayanır – RƏY

02 January 2020, 14:49
Gündəm

“Qeyri-infeksion xəstəliklərin yükü istər xəstələnmə, istər ölüm göstəricisinə, istərsə də əlilliyə görə digər yoluxucu xəstəliklərdən yüksəkdir”.

Bunu jurnalistlərə açıqlamasında Səhiyyə nazirinin müavini Rahim Əliyev deyib.

Həkim Adil Qeybulla Sputnik Azərbaycan-a deyir ki, rəsmi statistiknanın reallığı əks etdirmədiyini etiraf etmək lazımdır:

“Özəl klinikaların əksəriyyətində statistika düzgün aparılmır. Çünki tibdə mərkəzi statistika sistemi yoxdur. Rəsmi statistikada bu cür rəqəmlərin qeyd olunması vəziyyətin narahatedici səviyyədə olduğunu göstərir. Bunun bir çox səbəbləri var. O cümlədən ekoloji amillər, qida təhlükəsizliyi ilə bağlı məsələlər, həmçinin dərmanların keyfiyyətinin aşağı olması bu nəticələrin yaranmasının əsas səbəbləridir. Bunlar hamısı bugünkü real vəziyyətin əsasında dayanır”.