Sosial şəbəkədə biz:

Bakıda məktəbdə müəllimə döyüldü

20 January 2016, 18:58
Gündəm
Bir neçə gün əvvəl Xətai rayonundakı 64 saylı məktəbdə müəllimə işləyən Xuraman Quliyeva döyülüb. Xətai Rayon Polis İdarəsindən virtualaz.org-a bildiriblər ki, müəllimə naməlum şəxs tərəfindən döyülüb. Onu döyən şəxs başqa müəllimlərin gəldiyini görüb və hadisə yerindən qaçıb. Faktla bağlı Xətai RPİ-nin 34-cü bölməsində araşdırma aparılır.