Sosial şəbəkədə biz:

“Çalıquşu”nun yazıldığı ev külə döndü - FOTO

07 January 2020, 09:45
Gündəm

Tekirdağda məşhur türkiyəli yazıçı Rəşad Nuri Güntəkinin vaxtilə yaşadığı ikimərtəbəli ev yanaraq külə dönüb.

Azinforum.az  qafqazinfo-ya istinadən xəbər verir ki, küləkli hava səbəbindən qısa müddətdə şiddətlənən və bütün binaya yayılan yanğın 2 saat sonra söndürülüb. Lakin yanğın söndürülsə də, ev yararsız vəziyyətə düşüb.

Qeyd edək ki, Rəşad Nuri Güntəkin türk ədəbiyyatının incilərindən olan "Çalıquşu" romanının bir hissəsini həmin evdə yazıb.