Sosial şəbəkədə biz:

Süleymaninin dəfnində izdiham - 35 ölü, 48 yaralı

07 January 2020, 14:36
Gündəm

Bu gün İranın cənub-şərqində yerləşən Kirman şəhərində general Qasım Süleymani ilə vida mərasimində izdiham yaşanıb.

“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, izdiham nəticəsində 35 nəfər ölüb, 48 nəfər xəsarət alıb. 

Xatırladaq ki, yanvarın 3-də İran İnqilabı Keşikçiləri Qvardiyasının (“Sepah”) “Qüds” qanadının komandanı, general Qasım Süleymani ABŞ-ın Bağdadın hava limanına endirdiyi raket zərbələri nəticəsində öldürülüb.