Sosial şəbəkədə biz:

2015-ci ilin ən zəif parolları açıqlanıb

<strong><span style="color: #000000;">2015-ci ilin ən zəif parolları açıqlanıb</span></strong>

"Splash Data" analitik şirkəti 2015-ci ildə internet istifadəçilərinin seçdiyi ən zəif şifrələrin siyahısını hazırlayıb. Anspress xəbər verir ki, söhbət virtual təhlükəsizlik baxımından daha həssas olan və hakerlərin işini asanlaşdıran "asan" şifrələrdən gedir. Şirkətin statistikası göstərir ki, internet istifadəçilər əvvəlki illərin səhvlərindən nəticə çıxarmaq istəmir. Bu səhlənkarlıq və tənbəllik nəticəsində pis niyyətli insanlar həmin hesabları sındıraraq, onlara aid şəxsi məlumatları və ya kredit kard məlumatlarını internetə sızdıra bilib. İstifadəçilərin seçdiyi ən zəif paralolların "iyirmibeşliyində" birinci sırada "123456" rəqəm ardıcıllığı gəlir. 2-ci yerdə ingilis dilindən tərcüməsi elə "şifrə" olan "password" , 3-cü yerdə isə "12345678" rəqəm ardıcıllığı gəlir. Bundan başqa həsas parollar siyasında, beyzbol, futbol, draqon, master, login, solo və digər sadə sözlər və rəqəm birləşmələri üstünlük təşkil edir. Qeyd edək ki, Splash Data şirkətinin ekspertləri il ərzində internetdə sındırılmış milyonlarla şifrəni analiz edərək, növbəti ildə bu barədə hesabat hazırlayır. Siyahını təqdim edirik: 1. 123456 2. password 3. 12345678 4. qwerty 5. 12345 6. 123456789 7. football 8. 1234 9. 1234567 10. baseball 11. welcome 12. 1234567890 13. abc123 14. 111111 15. 1qaz2wsx 16. dragon 17. master 18. monkey 19. letmein 20. login 21. princess 22. qwertyuiop 23. solo 24. passw0rd 25. starwars


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol