Sosial şəbəkədə biz:

“Atam indi yaxşıdı, işə də gedib-gəlir...” - Muğam ustadının qızı...

07 January 2020, 20:44
Gündəm

“Atam sadəcə xəstəxanaya müayinə üçün getmişdi və həkimlər məsləhət gördü ki, o, 10 gün də xəstəxanada qalsın”
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, muğam ustadı Canəli Əkbərovun qızı Təranə xanım atasının səhhəti haqda danışarkən deyib. O, atasının indi ev şəraitində müalicə olunduğunu bildirib:
“Atam xəstəxanaya müayinə üçün getmişdi və həkimlər məsləhət gördü ki, o, 10 gün də xəstəxanada qalsın. Artıq atam evdədi və ayaqlarındakı problem də düzəlir. İşə də gedib-gəlir. Sənət dostları onu tək qoymurlar, hamı ona baş çəkir. Diqqətiniz üçün sizlərə də təşəkkür edirik”.
Qeyd edək ki, Xalq artisti C.Əkbərovun müalicə xərclərini Birinci vitse-prezident Mehriban xanım Əliyeva öz üzərinə götürüb. C.Əkbərova dünən Əməkdar artist Babək Niftəliyev də baş çəkib və “Ustadım, Xalq artisti, şöhrət ordenli Canəli Əkbərovu ziyarətə gəldim. Allah şəfasını versin”sözlərini yazıb.