Sosial şəbəkədə biz:

Şimal bölgəsinə qar yağdı: Temperatur mənfi 11 dərəcəyədək endi

11 January 2020, 11:38
Gündəm

Ötən gün axşam saatlarından başlayaraq ölkənin şimal bölgəsində hava şəraiti dəyişib.

Bölgənin bəzi yaşayış məntəqələrinə qar yağıb. Qubanın Xınalıq və Qrız kəndlərində qarın hündürlüyü 5 sm, Qusarın Ləzə kəndində isə 8 sm-ə çatıb.

Ən aşağı temperatur isə Qubanın Qrız kəndində qeydə alınıb. Burada temperatur mənfi 11,8 dərəcəyədək enib. APA