Sosial şəbəkədə biz:

Tərtər sakini Bakıda bacısının ərini borca görə qətlə yetirdi

21 January 2016, 15:25
Gündəm
Daxili İşlər Nazirliyinin məlumatına əsasən Virtualaz.org xəbər verir ki, yanvarın 20-də Tərtər rayon sakini Ziya Əzizovun yaşadığı Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən yataqxanaya verdiyi pul borcunu almağa gəlmiş bacısının əri Bərdə rayon sakini Vasif İsmayılovla aralarında baş vermiş münaqişə zəminində Z.Əzizov bıçaqla V.İsmayılova xəsarət yetirib və hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilmiş V.İsmayılov orada ölüb. Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Əzizov tutulub.