Sosial şəbəkədə biz:

Aygün Muradxanlının deputatlığa namizədliyi qeydə alındı - FOTO

11 January 2020, 18:00
Gündəm

28 saylı Sabunçu üçüncü Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürmüş tanınmış jurnalist Aygün Muradxanlının namizədliyi qeydə alınıb.

Deputatlığa namizəd Aygün Muradxanlı imzatoplama kampaniyasını yekunlaşdırıb və sənədləri müvafiq qaydada DSK-ya təqdim edilib.

DSK Aygün Muradxanlının namizədliyini qeydə alıb.

Qeyd edək ki, Azərbaycan Respublikası 28 saylı Sabunçu üçüncü seçki dairəsi Nardaran qəsəbəsi, Maştağa, Bilgəh, Zabrat və Kürdəxanı bələdiyyələrini əhatə edir. Musavat.com