Sosial şəbəkədə biz:

Futbolçu hakimi vurdu, həbs olundu, oyun yarımçıq dayandırıldı (VİDEO)

12 January 2020, 15:48
Gündəm

Maltanın II divizionunda keçirilən "Orata Yus" - "Sannat Layons" oyun yarımçıq dayandırılıb.
Qaynarinfo xəbər verir ki, buna səbəb futbolçunun hakimi vurması olub.
"Sannat Layons"un oyunçusu Antuan Kamilleri hakimə hücum edib. Referinin ikinci sarı vərəqə göstərərək onu meydandan qovmasına qəzəblənən futbolçunu komanda yoldaşları ayırıb.
Kamilleri meydanı tərk edərkən yan xətt hakiminin sifətinə iki zərbə endirib. Bundan sonra oyunçu polisin müşayiəti ilə paltardəyişmə otağına yollanıb. O, stadionu qandalla tərk edib.ğ