Sosial şəbəkədə biz:

"Vidadi Zeynalovdan belə bir şey gözləməzdim..." - Əli Abbasov

21 January 2016, 16:05
Gündəm
" Azinforum.az " prezidentin sərəncamı ilə işdən çıxarılan Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun  "Unikal.org" saytına qısa müsahibəsini təqdim edir: - Əli müəllim, salam necəsiz? Hazırda hardasınız? - Hazırda şəhərdəki evimdəyəm, istirahət edirəm. - Məlum olaylarda bağlı istintaqa ifadə vermisiz, ümumiyyətlə, bununla bağlı istintaq orqanlarına gedib-gəlirsizmi? - Heç yerə getməmişəm. Evdə oturmuşam. İstintaqa da çağırılmamışam. - Belə çıxır ki, cinayət törədənlər tutulan şəxslər olub… - Verdiyiniz qiymətə və ədalətli mövqeyinizə görə çox sağ olun. - Nazirliyin keçmiş aparat rəhbəri Vidadi Zeynalov deyib ki, oranın naziri mən deyiləm ki, bütün məsuliyyət mənim üzərimdə olsun. Bu barədə nə deyə bilərsiniz? - Mən, çox təəssüf edirəm ki, Vidadi Zeynalov belə bir fikir səsləndirib. Ondan belə bir şey gözləmirdim. Bu, əslində şantajdır.