Sosial şəbəkədə biz:

Bakıda evinə maskalıların hücum etdiyi şəxs keçmiş prokurordur (FOTO)

21 January 2016, 17:52
Gündəm
Bakıda maskalı şəxslərin ahıl ər-arvadın əl-qolunu bağlayaraq evi qarət etməsi ilə bağlı yeni detallar üzə çıxıb. Ailənin yaxınlarının Musavat.com-a verdiyi məlumata görə, Balaxanı qəsəbəsində evinə basqın edilən 74 yaşlı Vaqif Musayev uzun illər prokurorluq orqanlarında işləyib. O, Bakının Nəsimi rayonunun prokuror müavini, sonralar isə Sabunçu rayonunun prokuroru vəzifələrində çalışıb.