AMİP funksionerinin də namizədliyi qeydə alındı
AMİP funksioneri Rəşad Bayramovun deputatlığa namizədliyi qeydə alınıb. Bu barədə məlumatı o, öz "Facebook" səhifəsində paylaşıb:"Əziz dostlar! 9 fevral 2020-ci il tarixdə keçiriləcək Milli Məclisə seçkilərdə namizədliyim 22 saylı Nəsimi ikinci seçki dairəsindən irəli sürülüb. Hər birinizin dəstəyinə və köməyinə ehtiyacım var. Nəsimi rayonu ərazisində yaşayan və ya harada yaşamasından asılı olmayaraq seçki kompaniyamda iştirak etmək istəyən hər bir şəxsdən mənimlə əlaqə saxlamasını xahiş edirəm. Hörmətlə, Rəşad Bayramov"