Sosial şəbəkədə biz:

Eldar Əzizov və Hesablama Palatasının yoxlaması haqda...

21 January 2016, 20:38
Gündəm
“Bir sıra elektron informasiya vasitələrində "Trend" informasiya agentliyinə istinadən Hesablama Palatasının apardığı yoxlamaların nəticələri açıqlanaraq qeyri-dəqiqliyə yol verilib”. “Qafqazinfo” xəbər verir ki, bu barədə Səbail RİH-dən verilən açıqlamada deyilir. Həmin açıqlamanı təqdim edirik: “RİH-dən bildiriblər ki, aparılan yoxlamalar son 5 il ərzində Səbail rayon Mənzil kommunal təsərrüfatı birliyinin fəaliyyəti ilə bağlı olub və həmin illərdə Eldar Əzizov Səbail rayonunun deyil, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı olub, Səbail rayonuna isə 2015-ci ilin sentyabr ayından başçı təyin olunub”. RİH qeyd edib ki, qeyri-dəqiq, yoxlanmamış məlumatların yayılması isə yalnız gülüş doğurur.