Sosial şəbəkədə biz:

Abşeronda ərlə arvad dəm qazından boğulub öldü

16 January 2020, 09:24
Gündəm

Abşeron rayonunda bədbəxt hadisə baş verib.

" Azinforum.az " APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Saray qəsəbəsində qeydə alınıb.

Qəsəbədə fərdi yaşayış evində yaşayan bir ailənin iki üzvü - 1952-ci il təvəllüdlü Bəşirov Yusif Qovluq oğlu və onun həyat yoldaşı, 1955-ci il təvəllüdlü İsmayılova Sona İsmayıl qızı dəm qazından boğularaq ölüb.

Ölənlərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.