Sosial şəbəkədə biz:

Altı bank “neqativ” siyahıya düşdü

22 January 2016, 12:34
Gündəm
"Moody`s Investors Service" beynəlxalq reytinq agentliyi Azərbaycanın 6 bankı üzrə reytinq fəaliyyətini dərc edib. “ Azinforum.az ” Trend-ə istinadən xəbər verir ki, agentlik "Xalq Bank", "Bank Respublika" və "Kapital Bank"ın kredit ödəmə qabiliyyətinin baza qiymətini müvafiq olaraq b3, b2 və b1 səviyyəsində təsdiq edib. Bu bankların uzunmüddətli kredit reytinqləri üzrə proqnozu "stabil"dən "neqativ"ə düşürülüb. Agentlik, həmçinin VTB (Аzərbaycan), "Bank of Baku" və "Unibank"ın kredit ödəmə qabiliyyətinin baza qiymətləndirilməsini və uzunmüddətli kredit reytinqlərini azaldıb və onları "neqativ" proqnozlu siyahıya daxil edib.