Sosial şəbəkədə biz:

“Ayağını aşağı sal, hələ tezdi...” - Damlaya canlı yayımda irad

21 September 2017, 10:01
Gündəm
ARB TV-də yayımlanan “Səhər-səhər” verilişinin aparıcısı Əli Mirəliyev müğənni Damlaya canlı yayımda irad tutub.   “Qafqazinfo” xəbər verir ki,  Mirəliyev efirdə müğənni haqqında öz fikirlərini səsləndirib.  O, danışarkən Damlanın oturuş qaydasına etiraz edib: “Damla dedi ki, anadangəlmə saçlarım var, azərbaycanlı xanımlara xas olan görünüşü var. Bundan xoşum gəldi. .  Yəni demək istəyirəm ki, çox gözəldir. Amma ayağını üstdə qoyma, aşağı sal, hələ tezdi.  Qızım, istəyirəm ki, həyatda hörmətin bir az da artsın”.