Sosial şəbəkədə biz:

Ağdaşda özünü asan 2 uşaq atası vəzifəli şəxsin oğlu imiş

22 January 2016, 13:47
Gündəm
ANSPRESS-in xəbərinə görə, Taleh Allahverdiyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aran regional şöbəsinin müdiri Nizami Allahverdiyevin oğludur. Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır *   *   *10:30 Bu gecə Ağdaş rayonunda intihar hadisəsi baş verib. Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, 1986-cı il təvəllüdlü iki uşaq atası Ağdaş rayon sakini Allahverdiyev Taleh Nizami oğlu yaşadığı evdə özünü asıb. Ağdaş rayon prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb. Deyilənə görə, intihara səbəb işsizlik və banklara olan külli miqdarda borc olub.