Sosial şəbəkədə biz:

Rusiyanın Baş prokuroru vəzifəsini tərk edib

20 January 2020, 15:51
Gündəm

Rusiyanın Baş prokuror Yuri Çayka başqa işə keçməsi ilə əlaqədar vəzifəsini tərk edir.

Azvision.az "RİA-Novosti"yə istinadla xəbər verir ki, prezident Vladimir Putin Baş prokuror vəzifəsinə İstintaq Komitəsinin sədr müavini İqor Krasnovun namizədliyini təklif edib.

Qeyd edək ki, Yuri Çayka 2006-cı ildən Rusiyanın Baş prokuroru vəzifəsində işləyib. Bundan əvvəl o, ədliyyə naziri olub.