Sosial şəbəkədə biz:

Ərdoğandan Putinə xəbərdarlıq: “İcazə vermərəm”

22 January 2016, 20:59
Gündəm
Rusiyanın Türkiyə sərhədlərində aviabaza tikməsinə icazə verməyəcəyik. Moderator.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O, Rusiyanın Suriyanın şimal-şərqindəki Qamışlı şəhərində aviabaza tikməsi barədə yayılan xəbərlərə münasibət bildirib: “Rusiyanın Qamışlıya 100 hərbçisini göndərməsi barədə şayiələr gəzir. Biz bu məsələdə həssasıq. Türkiyənin sərhədlərində aviabazanın tikilməsinə icazə verməyəcəyik. Bizim mövqeyimiz qətidir. Sabah ABŞ vitse-prezidenti Co Baydenlə bunu müzakirə edəcəyik”. Qeyd edək ki, Rusiya bir neçə gün öncə 100 hərbçisini Qamışlıdakı hökumət qüvvələrinin nəzarətində olan aerodroma göndərib. İddialara görə, Rusiya burada aviabaza tikməyi planlaşdırır.