Sosial şəbəkədə biz:

MTRŞ ANS-lə bağlı mətbuat konfransı keçirəcək

23 January 2016, 11:49
Gündəm
Milli Televiziya və Radio Şurasında (MTRŞ) ANS televiziyası ilə bağlı tədbir keçiriləcək. Məlumatı MTRŞ yayıb. Qurumdan bildirilib ki, tədbirdə ANS-in yol verdiyi qanun pozuntuları açıqlanacaq, bu haqda geniş məlumat veriləcək. Qeyd edək ki, MTRŞ ANS-də yayımlanan və Mirşahin Ağayevin müəllifi olduğu “Hesabat” verilişinin efirə getməsini bir ay müddətinə dayandırıb. Veriliş fevralın 24-dək yayımlana bilməz. M.Ağayev buna cavab olaraq yanvarın 22-də mətbuat konfransı keçirib və MTRŞ-nı ANS-ə qərəzli yanaşmaqda ittiham edib.