Sosial şəbəkədə biz:

Avtomobil yollarında hərəkətə nəzarət gücləndirilib

02 February 2020, 16:35
Gündəm

Respublikamızın avtomobil yollarında foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə yol hərəkətinə nəzarət daha da gücləndirilib. 
Ötən il 502 radar, 617 videokamera və 296 nömrəoxuma sistemi və digər xüsusi texniki vasitələr quraşdırılıb. Burada polisin əsas məqsədi hərəkət iştirakçılarını cəzalandırmaq yox, yol hərəkətinin təhlükəsizliyini və tənzimlənməsini həyata keçirməkdir.
Bu, vacib və şərəfli vəzifələrdən olan insanların həyat və sağlamlığının avtoqəzalardan qorunmasına xidmət etməklə yanaşı, yol-hərəkəti qaydalarının kobudcasına pozulması hallarının qarşısını almağa yönəlib.