Sosial şəbəkədə biz:

Sabah şaxta, çovğun olacaq - PROQNOZ

24 January 2016, 15:17
Gündəm
Yanvarın 25-də Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qara, qara keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Azinforum.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, emperatur gecə və gündüz 0-2° isti, axşam 1°-dək şaxta olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° şaxta, dağlıq ərazilərdə 10-14° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir. Yolların buz bağlayacağı ehtimal edilir. Azərbaycan rayonlarında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimal edilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 0-5° isti olacaq. Yolların buz bağlayacağı ehtimalı var. Dağlarda gecə 8-13° şaxta, gündüz 2-7° şaxta olacağı gözlənilir. Çovğun olacağı, yolların buz bağlayacağı ehtimalı var.