Bu şəxslərin nəticələri ləğv oluna bilər — MSK sədri sözügedən dairələrdə şübhəli məqamların olduğunu deyir (SİYAHI)
Mərkəzi Seçki Komissiyası ötən gün Milli Məclisə keçirilmiş seçkilərin ilkin nəticələrini açıqlayıb.
Azinforum.az xəbər verir ki, ilkin nəticələrə əsasən, bir neçə dairədə səslər tam hesablanmayıb.
Həmin dairələrin arasında Hadı Rəcəblinin iştirak etdiyi 74 saylı
Lənkəran Kənd, Hüseynbala Mirələmovun iştirak etdiyi 33 saylı Xətai
Birinci, Çingiz Qənizadənin iştirak etdiyi 80 saylı İmişli-Beyləqan,
Fəzail Ağamalının iştirak etdiyi 60 saylı Salyan-Neftçala, Şahin
İsmayılovun iştirak etdiyi 81 saylı Beyləqan, Rauf Arifoğlu və İqbal
Ağazadənin mübarizə apardığı 35 saylı Xətai Üçüncü seçki dairələri də
var.
Sözügedən seçki dairələrində səslərlə bağlı əsaslı şübhələr yarandığı üçün nəticələr ləğv oluna bilər.

MSK sədri Məzahir Pənahov da sözügedən dairələrin nəticələri ilə bağlı araşdırma aparılması barədə fikirlər səsləndirib:
“Bir məqamı da qeyd edim. 33 Xətai Birinci, 35 saylı Xətai Üçüncü, 60
saylı Salyan-Neftçala, 74 saylı Lənkəran Kənd, 79 saylı İmişli, 80 saylı
İmişli-Beyləqan və 81 saylı Beyləqan Seçki Dairələrindən çox ciddi
müraciətlər daxil olub. Ola bilsin ki, bu müraciətlərin əsası yoxdur.
Amma biz bu müraciətlərin hər birini ciddi araşdıracağıq. Sabah da bizə
hansısa başqa dairələrdən müraciətlər daxil olsa, gecikdirilmədən bu
müraciətlər ciddi araşdırılacaq”.