Sosial şəbəkədə biz:

Güləşçimiz Avropa çempionatında bürünc medal qazandı

12 February 2020, 22:31
Gündəm

İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı davam edir.

Çempionatda 60 kiloqram çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçimiz Murad Bazarov bürünc medal qazanıb.

Azərbaycan idmançısı debütdə çətinliklə də olsa, İtaliya güləşçisinə qalib gəlib. Ancaq 1/4 finalda məğlubiyyətdən qaça bilməyib. Ermənistan güləşçisi finala yüksəldiyi üçün M.Bazarov fevralın 12-də təsəlliverici görüşdə iştirak edib və bolqarıstanlı güləşçiyə vaxtından əvvəl qalib gəlib.

Finlandiya təmsilçisinə də eyni aqibəti yaşadan yeniyetmələrin Olimpiya çempionu Avropa çempionatının bürünc medalına sahib olub.