Sosial şəbəkədə biz:

Ötən il Naxçıvanda 5415 körpə doğulub

15 February 2020, 11:04
Gündəm

Ötən il Naxçıvan Muxtar Respublikasında 5415 körpə doğumu qeydə alınıb.

Azinforum.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Qeyd olunub ki, doğulanların 2853-nü və ya 52,7 faizini oğlanlar, 2562-ni və ya 47,3 faizini isə qızlar təşkil edib. Doğulan uşaqlardan 64-ü əkiz olub. Ümumilikdə, son 10 ildə muxtar respublikada 77 min uşaq doğulub.