Sosial şəbəkədə biz:

Azərbaycanın meyiti tapılan hərbçisi ilə vida mərasimi keçirilir - FOTO

22 February 2020, 15:07
Gündəm

Ağcabədi rayonunda Azərbaycan Ordusunun düşmənlə təmas xəttinin neytral ərazisindən meyiti tapılan hərbçisi Akif Abbasovla vida mərasimi başlayıb.

Onun nəşi rayon mərkəzində böyük izdihamla qarşılanaraq doğulub boya-başa çatdığı evinə gətirilib.

A.Abbasov Ağcabədi rayonundakı Şəhidlər xiyabanında dəfn ediləcək.

Qeyd edək ki, Akif Elşən oğlu Abbasov bu ilin yanvar ayında itkin düşmüşdü. Fevralın 19-da Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə tərəflərin müraciəti və razılaşması ilə Azərbaycan-Ermənistan sərhədində həlak olan şəxsin nəşinin ərazidən götürülməsi əməliyyatı keçirilib. (report)