Sosial şəbəkədə biz:

Kəmaləddin Heydərov Naftalanda vətəndaşları qəbul edəcək

27 January 2016, 10:31
Gündəm
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 29 yanvar saat 11.00-dan Naftalan şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulu keçiriləcək. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbulda yalnız Naftalan və Mingəçevir şəhərlərinin, Yevlax, Goranboy və Ağdaş rayonlarının sakinlərinin, habelə həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlərin müraciətlərinə baxılacaq. Qəbulda yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşların qeydiyyatı Naftalan şəhəri, Heydər Əliyev Mərkəzində 28 yanvar 2016-cı il tarixində saat 09.00-da başlayacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.