Sosial şəbəkədə biz:

ÜST koronavirusla bağlı ən son rəqəmləri açıqladı

06 March 2020, 09:39
Gündəm

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla bağlı yeni statistikanı açıqlayıb.

“Qafqazinfo” qurumun saytına istinadən xəbər verir ki, son sutka ərzində 2241 yeni yoluxma faktı qeydə alınıb. Onlardan 143-ü yalnız Çinin payına düşür.

Ölümcül virusa yoluxanların ümumi sayı 95333 nəfərdir. Onlardan 80565-i Çində, 14768-i isə kənardadır.

Çində koronavirusdan ölənlərin sayı 3015, dünyada isə 267 nəfərdir.

Epidemiya Avropadan da yan keçməyib. Daha çox yoluxma faktı İtaliyada qeydə alınıb. Lakin artıq Fransada 420 nəfərdə koronavirus tapılıb.