Sosial şəbəkədə biz:

Azərbaycan nefti bahalaşdı

28 January 2016, 10:48
Gündəm
Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,51 dollar, yaxud 1,51% bahalaşıb. "Report" bildirir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 34,39 dollara bərabərdir. Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.