Koronavirusdan ölənlərin sayı 10 mini ötdü
Dünyada koronavirus pandemiyasının qurbanlarının sayı 10 050-yə çatıb.
Dünyada ən çox ölüm hadisəsi İtaliya (3 405), Çin (3 248), İran (1 284), İspaniya (831) və Fransada (372) qeydə alınıb.
“Report” xatırladır ki, infeksiya indiyədək 182 ölkə və regionda qeydə alınıb.