“MƏK-AN” MMM-dən 300 minlik dəstək
1999-cu ildən fəaliyyət göstərən, ölkəmizin aparıcı tikinti, memarlıq, layihələndirmə şirkətlərindən biri "MƏK-AN" MMM korporativ sosial məsuliyyət prinsiplərinə uyğun olaraq COVİD-19 pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən preventiv tədbirlərə qoşulub.
"Qafqazinfo" xəbər verir ki, şirkət koronavirus infeksiyasının Azərbaycanda yayılmasının qarşısını almaq üçün Prezident İlham Əliyevin çağırışına qoşularaq Koronavirusla Mübarizəyə Dəstək Fonduna 300 000 manat vəsait köçürüb.
Şirkət dövlətimizin koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması və xəstəliyin ölkə iqtisadiyyatına və vətəndaşlara mənfi təsirini azaltmağa yönəlik səylərini dəstəkləyir.