Sosial şəbəkədə biz:

Cəlilabad rayonunun dağ kəndlərinə işığın verilməsi bərpa edilib

28 January 2016, 23:54
Gündəm
“Azərişıq” ASC-nin Mətbuat Xidmətindən Azinforum.az-a verilən məlumata görə, 28 yanvar tarixindəb aş verən qəza nəticəsində Cəlilabad rayonunun dağ kəndlərinə elektrik enerjisinin ötürülməsində problem yaranmış xətt üzrə həmin gün saat 16.00-dan etibarən iş rejimi bərpa olunub. Hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, təmir-bərpa işləri başa çatdırılmış və bütün kənddlərə fasiləsiz işığın verilməsi təmin edilmişdir. Hazırda Cəlilabadın bütün əraziləri elektrik enerjisi ilə təchiz edilir.