Sosial şəbəkədə biz:

Səfər Mehdiyev adam öldürənlə belə davranır - FAKT

01 April 2020, 10:45
Gündəm

Gömrük Komitəsinin sədri Səfər Mehdiyev yol qəzasında bir nəfərin ölümünə səbəb olmuş xalası oğlu, Dövlət Gömrük Komitəsinin "Sınıq Körpü” postunun rəisi Vüsal Nuriyevə töhmət verib.

Bu barədə tia.az saytı məlumat yayıb.

Səfər Mehdiyev adam öldürənlə belə davranır

Sayt xəbər verir ki, Vüsal Nuriyev bir müddət öncə sərxoş vəziyyətdə idarə etdiyi xidməti maşınla bir adamı vuraraq öldürüb.

Yayılmış məlumatda deyilirdi ki, Gömrük rəsmisinin idarə etdiyi avtomobil də zədələnib və avtomobil Saray yolunda yerləşən "Cərimə meydançası”nda saxlanır.

Səfər Mehdiyev adam öldürənlə belə davranır

Məsələ mdiada işıqlandırıldıqdan sonra Səfər Mehdiyev Vüsal Nuriyevə təöhmət verib. Sayt həmin sənədin - raportun surətini də yayıb.

"Halbuki bu cür ağır əməl törətmiş şəxsə qanunla daha daha ağır –adekvat cəza verilməli idi", - məlumatda deyilir.