Sosial şəbəkədə biz:

Xalq artistinin qardaşı faciəli şəkildə həlak oldu

01 April 2020, 13:54
Gündəm

Azərbaycan Xalq artisti Canəli Əkbərova ağır itki üz verib.

Qaynarinfo-nun məlumatına görə, sənətçinin qardaşı Əkbərov Fərail Xanəli oğlu faciəli şəkildə həlak olub.

Belə ki, Fərail Əkbərov martın 30-da Rusiyanın Sankt-Peterburq şəhərində avtomobil qəzasında həyatını itirib.

Mərhumun nəşini karantin səbəbindən iki ölkə arasında hava və dəmir yolu nəqliyyatı bağlı olduğu üçün Azərbaycana gətirə bilmirlər.