Sosial şəbəkədə biz:

“Baxıcılıq xidməti edənlər qeydiyyatdan keçməlidir” - RƏSMİ

04 April 2020, 11:35
Gündəm

İndiyə qədər tənha vətəndaşlara xidmət etmiş şəxslər fəaliyyətlərini davam etdirə bilərlər.

Bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. Onun sözlərinə görə, Nazirlər Kabinetinin 30 mart 2020-ci il tarixli 120 №li Qərarında buna icazə verilir."Bu qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş müddətdə xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərtilə əqli qüsurlu və xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti edən şəxslər icaze.e-gov.az portalına daxil olub qeydiyyatdan keçməlidir".