Sosial şəbəkədə biz:

Sumqayıt Telekommunikasiya Qovşağının rəisi işdən çıxarılıb

30 January 2016, 01:20
Gündəm
Sumqayıt Telekommunikasiya Qovşağının rəisi Akif Əsgərov tutduğu vəzifədən azad edilib. Musavat.com-a daxil olan məlumata görə, qovşaq rəisinin işi yoxlanılıb və onun fəaliyyəti müddətində yol verdiyi ciddi nöqsanlar aşkarlanıb. Onun yerinə isə "Aztelekom" MMC-nin baş mütəxəssisi İqbal Yusifov gətirilib. Qeyd edək ki, A.Əsgərovun adı "MTN işi"ndə hallanırdı.