Sosial şəbəkədə biz:

Rusiyanın daha bir təyyarəsi Türkiyə hava məkanını pozdu - INSIDENT

30 January 2016, 20:28
Gündəm
Rusiya Hava Qüvvələrinə məxsus SU-34 təyyarəsi Türkiyə hava məkanını pozub. APA-nın Türkiyə mətbuatına istinaadən verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN-in məlumatında bildirlir. Məlumata görə, insidentlə əlaqədar Rusiyanın Türkiyədəki səfiri Türkiyə XİN-nə çağırılıb. “Türkiyə hava məkanının pozulmasına görə ortaya çıxa biləcək arzuolunmaz hallara görə məsuliyyət tamamilə Rusiya üzərinə düşəcək”, - deyə Türkiyə XİN-in məlumatında bildirilir. Türkiyə hava məkanını pozan Rusiya təyyarəsinin heyətinə rus və ingilis dilində dəfələrlə xəbərdarlıq edilib.