Gülay Zeynallı: “Həyat yoldaşımdan heç vaxt şiddət görməmişəm”
Xanəndə Gülay Zeynallı həyat yoldaşı, idmançı Kamil Zeynalovdan şiddət görməsi barədə yayılan xəbərlərə aydınlıq gətirib.
Musavat.com saytına açıqlama verən sənətçi bildirib ki, bu məlumatlar əsassızdır: “Mənim şiddət gördüyümü kim deyir? Belə hadisə heç vaxt olmayıb. Hamısı şayiədir. Hər ailədə söz-söhbət olur. Heç kim deyə bilməz ki, onun ailəsində mübahisə düşmür. Kamildən heç vaxt şiddət görməmişəm. Hansı zəmanədə yaşayırıq? Mənim həyat yoldaşım mənə elə davranmaz. Biz bir-birimizi başa düşürük, fikirlərimiz hörmətlə yanaşırıq. Ailədə güzəştə getmək lazımdır”.
Qeyd edək ki, Kamil-Gülay cütlüyü 2010-cu ilin noyabr ayında ailə qurub. Onların Sahilə adlı bir qızı var