Sosial şəbəkədə biz:

“Yay tətilinin ləğv olunması üçün heç bir əsas yoxdur”

30 April 2020, 15:36
Gündəm

“Güman edirəm ki, yay tətilinin ləğv olunması üçün heç bir əsas yoxdur”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Yeni TV-yə açıqlamasında deyib. Bildirib ki, bu, onların hüququdur:

“Biz uşaqların istirahətlərini əllərindən almarıq. Ancaq istəyərdim ki, şagirdlər, tələbələr də ötən illərdən fərqli olaraq yay tətilini daha səmərəli keçirsin. Təhsilə, oxumağa kifayət qədər yer ayırsınlar”.