Sosial şəbəkədə biz:

Məhkəmədə jurnalistə qarşı kobudluq - işləməsinə imkan verilmədi

Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşməkdə, terror qruplaşmasının üzvü olmaqda ittiham edilən şəxslərin mühakiməsi zamanı məhkəmə nəzarətçiləri reportyorlara qarşı kobudluq edib, onların peşə fəaliyyətlərini sərbəst şəkildə həyata keçirməsinə imkan verməyiblər.

Bu barədə Musavat.com-a "Yeni Müsavat" qəzetinin reportyoru Cavanşir Abbaslı məlumat verib.
Jurnalistin dediyinə görə, dünəndən etibarən Bakı Ağır Cinayətlər Məhkəməsində yeni rejim tətbiq edilib, jurnalistlərə mane olurlar: "Dünən məni zaldan zorla çıxardılar, itələdilər, kobudluq etdilər, şəkil çəkməyimə mane oldular, fotoaparatımı aldılar. Bu gün isə qaba şəkildə qolumdan dartıb bayıra çıxardılar, işləməyimə imkan vermədilər".
C.Abbaslı bu qədər qaba rəftarın səbəbini anlamadığını deyir.
Bununla belə, ehtimal olunur ki, son günlər məhkəmə proseslərində ifadə verən müttəhim və şahidlərin ifadələrində hüquq-mühafizə orqanlarının işinə, xüsusilə də ibtidai istintaq zamanı yol verilmiş qanunsuzluqlara dair fikirlər bu cür tədbirlər görülməsinə səbəb ola bilərdi.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol