Sosial şəbəkədə biz:

Azərbaycanda sentyabr ayından tez toy keçirilməyəcək - RƏSMİ

15 May 2020, 22:19
Gündəm

"Azərbaycanda toyların təşkilinə yalnız sentyabrda icazəverilə bilər".

Bunu TƏBİB İdarə heyətinin rəhbəri Ramin Bayramlı Anews.az-ın sualını cavablandırarkən bildirib. 

"Karantin müddətində koronavirusa yoluxma hallarının sayından, sanitar epidemioloji durumdan asılı olaraq Azərbaycanda toyların keçirilməsinə icazə verilə bilər. Bu da yaşadığımız ilin sentyabrından tez olmayacaq", - deyə Ramin Bayramlı bildirib. 

Mayın 18-dən Azərbaycanda karantin rejiminin bəzi müddəaları ilə bağlı yumşalmalar edilib, kafe və restoranlar açılıb. Amma 10 nəfərdən artıq insanın kafe və restoranlara yığışmasına dair qadağa aradan götürülməyib.