Sosial şəbəkədə biz:

"Arka Sokaklar"ın Hüsnü Çobanı koronavirusa yoluxdu — VİDEO

16 May 2020, 16:06
Gündəm

“Kanal D” efirində yayımlanan məşhur "Arka Sokaklar" serialının ötəngünkü bölümü izlənmə rekordu qırıb və böyük müzakirələrə səbəb olub.

Serialın əsas qəhrəmanlarından olan Hüsnü Çoban koronavirusa yoluxub.

"Arka Sokaklar"ın 552-ci seriyasında COVİD-19 virusu ilə bağlı maarifləndirici kadrlar yayımlanıb. Eləcə də, həmin bölümdə Hüsnü Çobanın ehtiyatsızlıqdan virusa yoluxduğu göstərilir.

Hüsnü ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onun virusa qalib gələcəyi, yaxud öləcəyi izləyicilər tərəfindən müzakirələrə səbəb olub.

Serialın həmin hissəsini təqdim edirik:(baku.ws)