Sosial şəbəkədə biz:

Dünyada koronavirusdan sağalanların sayı 2,4 milyonu ötdü

27 May 2020, 10:19
Gündəm

Dünyada yeni növ koronavirusa yoluxanların sayı 5 milyon 687 min 877 nəfərə çatıb.

Azvision.az "Worldometers"-ə istinadən xəbər verir ki, virusdan ölənlərin sayı 352 min 265 nəfərdir. İndiyədək 2 milyon 431 min 754 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkədə qeydə alınıb.