Sosial şəbəkədə biz:

Xəzərin suyu Kürə qarışdı: içməli su təminatında problem yarandı

05 June 2020, 20:12
Gündəm

Son günlərdə Xəzər dənizində küləyin sürətinin artması və Kür çayında suyun səviyyəsinin düşməsi ilə əlaqədar olaraq dəniz suyu Kür çayının şirin suyuna qarışıb.
Neftçala rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, qarışma nəticəsində Kürün aşağı axarında yerləşən Sübh, Qırmızı Şəfəq, Yenikənd, 1 №-li Mayak, 2 №-li Mayak kəndlərində içməli su təminatı ilə bağlı problem yaranıb:
"Nəzərinizə çatdırmaq istərdik ki, məsələ Neftçala Rayon İcra Hakimiyyətinin nəzarətindədir və ⁣”Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə problemin aradan qaldırılması istiqamətində regional bölmələr və yerli qurumlar tərəfindən müvafiq tədbirlər həyata keçirilir".