Sosial şəbəkədə biz:

Koronavirusa yoluxmuş əməkdar artist sağaldı FOTO

07 June 2020, 20:50
Gündəm

Bir müddət bundan əvvəl koronavirusa yoluxmuş əməkdar artist, İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru Sərvər Əliyev virusa qalib gələrək sağalıb.

Bu barədə aktyorun özü sosial şəbəkədə məlumat yayıb:

"Dəyərli dostlar! Bu gün xəstəxanadan evə buraxıldım. Göydə Allahın, yerdə sizlərin duaları və çox dəyərli həkimlərin yardımı ilə bu bəladan xilas oldum.
Başda Əfəndiyev adına 2 saylı şəhər klinik xəstəxanasının həkimi İntizar xanım Məmmədova olmaqla bütün tibb bacılarına və mənim üçün narahatlığınıza görə sizlərə dərin təşəkkürümü bildirirəm... Allah hamınızdan razı olsun".



Musavat.com