Sosial şəbəkədə biz:

“Vəziyyət nəzarətdən çıxa bilər“ - TƏBİB

12 June 2020, 19:26
Gündəm

“Gəncədə həkim çatışmazlığlı ilə bağlı məsələ araşdırılacaq”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

Qrup rəhbəri bəzilərinin evdə müalicə aldığını və xəstəliyi gizlətdiyini bildirib: “İnsanlardan xahiş edirəm ki, koronavirus olduğunu gizlətməsinlər. Hazırda vəziyyət nəzarət altındadır. Qaydalara əməl olunmasa, vəziyyət nəzarətdən çıxa bilər“.