Sosial şəbəkədə biz:

İcra başçısı sahibkarları hədələdi: "Kim Bakıya gedərsə,.."

04 February 2016, 17:16
Gündəm
"Sumqayıtda yerləşən bütün müəssisələr vergiləri Bakıya yox, Sumqayıta ödəməlidir". Bunu Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov deyib. Zakir Fərəcov bildirib: "Mən qəti şəkildə tapşırıq vermişəm ki, kim gedib Bakıya vergi ödəyəcəksə, onun qazı, suyu və işığı da kəsiləcək. Bu, həm də cənab prezidentin verdiyi sərəncama uyğun atılan bir addımdır".