"Moşu" obrazı ilə tamaşaçıların qəlbində özünəməxsus yer tutan Xalq artisti Valeh Kərimov yeni teatr mövsümündə diqqətdən kənarda qalıb.
Aktyor Qaynarinfo-ya açıqlamasında bildirib ki, başlayan yeni teatr mövsümündə heç bir teatr onu dəvət etməyib:
"Heç bir teatrdan dəvət almamışam. Bundan əlavə, teatrlarda hazırlanan tamaşalarda da mənə rol verilməyib. Heç veriləcəyini də gözləmirəm".
Valeh Kərimov yeni teatr mövsümü münasibətilə bütün teatr əməkdaşlarını təbrik edib.